Modern.az

Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə

Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə

Dünya

7 Fevral 2026, 01:03

Rusiyanın hücumları nəticəsində Ukrayna elektrik enerjisinin istehsal gücünün yarısını itirib və ölkənin enerji şəbəkəsinin böyük hissəsi zədələnib və ya dağıdılıb.

Modern.az xəbər verir ki, 36 yaşlı elektrik mühəndisi Oleksandr Zinçenko Rusiyanın təkrar hücumlarından sonra Ukraynanın elektrik şəbəkəsini işlək vəziyyətdə saxlamaq üçün çalışanlardan biridir.

Onun fikrincə, müharibəni bitirmək üçün danışıqlarla bağlı yazın ortalarına, hətta yayın əvvəlinə qədər heç bir konkret addım olmayacaq:

"Çünki ruslar bizim enerji infrastrukturunu atəşə tuturlar və nədənsə elə hesab edirlər ki, bununla bizi sındıra və özləri üçün sərfəli olan şərtləri qəbul etdirməyə məcbur edə bilərlər".

Kiyev İqtisadiyyat Məktəbinin hesabatında Ukraynanın enerji sektoruna dəyən ümumi ziyanın təxminən 56 milyard ABŞ dolları ətrafında olduğu bildirilir. Bu rəqəm 2022-ci ilin fevralından 2024-cü ilin mayına qədərki dövrü əhatə edir.

Hesabatda bildirilir ki, tam bərpa üçün təxminən 50-51 milyard dollar əlavə vəsait tələb olunacaq.

Ziyan görmüş obyektlərə termoelektrik stansiyalar, hidroelektrik qurğular, paylama və ötürmə şəbəkələri daxil edilib.

Energetika naziri və dövlət rəsmiləri dəfələrlə bildiriblər ki, Rusiyanın Ukraynanın enerji obyektlərinə 30-dan çox böyük kütləvi hücumu olub.

Bu hücumlar raketlər, pilotsuz uçuş aparatları və digər silahlarla aparılır, nəticədə, enerji təsərrüfatının kritik hissələri sıradan çıxır. (Mənbə:Baku TV)

Sizə yeni x var
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır