Türkiyənin Kocaeli vilayətindəki orta məktəbdə şok hadisə aşkarlanıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, vilayətin Dilovası rayonunda bir il işlədiyi liseydə 24 qız şagirdə cinsi təcavüz etməkdə ittiham olunan müəllim həbs edilib.
Mübeccel Çolakoğlu Liseyində bir neçə qız şagird valideynlərinə müəllimləri M.O.-nun onlara cinsi təcavüz etdiyini söylədikdən sonra vəziyyət məktəb rəhbərliyinə bildirilib.
Məktəbin psixoloji məsləhət xidməti tərəfindən şagirdlərlə aparılan söhbət zamanı müəllimin bir il ərzində 24 qız şagirdə cinsi təcavüz etdiyi təsdiqlənib.
Valideynlərin şikayətindən sonra polis tədbir görüb və müəllimi saxlayıb. Polis əməliyyatlarından sonra M.O. məhkəməyə aparılıb və orada həbs olunaraq Kandır həbsxanasına göndərilib.
Qızlara cinsi təcavüz edən müəllim M.O.-nun əvvəllər eyni cinayətə görə işdən kənarlaşdırıldığı ortaya çıxıb.