Modern.az

Xamenei 2108 məhkumu əfv etdi

Xamenei 2108 məhkumu əfv etdi

Dünya

10 Fevral 2026, 15:52

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei 2 mindən çox məhkumu əfv edib.

Modern.az İran mediasına istinadən xəbər verir ki, Xamenei müxtəlif cinayətlərə görə məhkum edilmiş 2 108 məhkumun əfv edilməsinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi Xameneiyə yazdığı məktubda Şaban ayı və İslam İnqilabının 47-ci ildönümü ilə əlaqədar məhkumların əfv edilməsini və ya cəzasının yüngülləşdirilməsini xahiş edib.

Xatırladaq ki, Qülamhüseyn Möhseni Ejeyi baş vermiş son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslərin əfv siyahısına daxil edilməyəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?