Modern.az

Məktəbdə atışma: 10 ölü, 25 yaralı

Məktəbdə atışma: 10 ölü, 25 yaralı

Dünya

11 Fevral 2026, 09:54

10 nəfər məktəbdə baş verən atışma nəticəsində həlak olub, 25 nəfər yaralanıb. Ölənlər arasında hücum edən şəxs də var.

Modern.az xəbər verir ki, atışma Kanadanın Tumbler Ridc şəhərində yerləşən məktəbdə baş verib. Təhsil müəssisəsinin binasında 6 nəfərin meyiti aşkar edilib, daha bir yaralı isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İki nəfər qurban qonşu evdə ölü halda tapılıb. Məlumata görə, polis onların ölümünün məktəbdəki hadisə ilə əlaqəli olduğunu hesab edir. Bundan əlavə, azı 25 nəfər xəsarət alıb, onlardan ikisi ağır vəziyyətdədir və xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hücum edən şəxs intihar edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?