Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni daxili işlər və ədliyyə naziri təyin edib.
Modern.az xəbər verir ki, bu barədə qərar Rəsmi qəzetdə dərc olunub.
Prezidentin qərarına əsasən, istefa ərizəsi ilə müraciət edən və istefası təmin edilən Yılmaz Tunçun yerinə İstanbulun Baş Prokuroru Akın Gürlek Ədliyyə Nazirliyinə təyin edilib. Ərzurum valisi Mustafa Çiftçi isə Daxili İşlər Nazirliyinə təyin edilib və Ali Yerlikayanın yerinə təyin edilib.
Qeyd edilir ki, təyinatlar Konstitusiyanın 104 və 106-cı maddələrinə uyğun olaraq həyata keçirilib.