Dünyada nüvə silahına malik ölkələrin arsenalı ilə bağlı yeni statistik göstəricilər yayılıb.
Modern.az xəbər verir ki, Rusiyanın ümumi nüvə başlıqlarının sayı 5 459-dur. Onlardan 1 150-si artıq silahlanmadan çıxarılıb. Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. ABŞ-nin nüvə arsenalında 5 177 başlıq mövcuddur ki, bunun da 1 477-si silahlanmadan çıxarılmış hesab olunur.
Digər ölkələr üzrə göstəricilər isə xeyli aşağıdır. Çinin nüvə başlıqlarının sayı 600, Fransanın 290, Böyük Britaniyanın isə 225 olaraq göstərilir.
Cənubi Asiya ölkələri arasında Hindistanın 180, Pakistanın 170 nüvə başlığına malik olduğu bildirilir. İsrail üçün bu rəqəm 90, Şimali Koreya üçün isə 50 səviyyəsində qiymətləndirilir.
Qeyd olunur ki, ABŞ və Rusiya üzrə təqdim edilən məlumatlar yalnız strateji daşıyıcılar üçün nəzərdə tutulan nüvə başlıqlarını əhatə edir. Bununla yanaşı, bir sıra ölkələrin taktiki nüvə silahlarına da sahib olduğu, lakin onların dəqiq sayının qiymətləndirilməsinin çətin olduğu vurğulanır.