Modern.az

Türkiyə XİN-dən Rusiyanı qəzəbləndirəcək BƏYANAT

Türkiyə XİN-dən Rusiyanı qəzəbləndirəcək BƏYANAT

Dünya

Bu gün, 16:16

Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının 12-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanata görə, Rusiya tərəfindən qeyri-legitim referendum nəticəsində həyata keçirilmiş Krımın qanunsuz ilhaqının 12-ci ildönümündə Türkiyə bu faktı bir daha tanımadığını bəyan edir.

“Beynəlxalq hüquqa zidd olan bu faktı tanımadığımızı bir daha təsdiqləyirik”, - deyə açıqlamada vurğulanıb.

Qeyd olunub ki, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Türkiyə yarımadada baş verən hadisələri, ilk növbədə Krım tatarlarının vəziyyətini diqqətlə izləməyə davam edəcək və bu məsələni gündəmdə saxlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!