Modern.az

Tramp İrana nüvə bombası ata bilər? - ŞƏRH

Tramp İrana nüvə bombası ata bilər? - ŞƏRH

Dünya

Bu gün, 16:31

Türkiyəli jurnalist Yəhya Bostan iddia edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İrana zərbə endirməyə inandırıb və ölkədə rejim dəyişikliyinə ümid edib.

Bostanın sözlərinə görə, Netanyahu guya Trampı inandırıb ki, "əgər lideri aradan qaldırsanız, qalanı asan olacaq və xalq özü rejimi devirəcək".

Lakin jurnalist qeyd edir ki, üç həftə sonra artıq rejim dəyişikliyindən danışılmır. O, münaqişənin mahiyyət etibarilə Hörmüz boğazı ətrafındakı vəziyyətə qədər daraldığını iddia edir.

Bostan həmçinin yazır ki, Tramp hazırda boğazda gəmiçiliyi bərpa etmək üçün beynəlxalq dəstək almağa çalışır və çox güman ki, qərarından peşmandır.

Məşhur ameikalı jurnalist Taker Karlson isə Trampın İrana nüvə bombası ata biləcəyini haqqında sözlərini yayıb. Daha əvvəllər Tramp, “İranın bəzi hissələrini yer üzündən siləcəm!” kimi təhdidlər yağdırırdı. Bu isə T.Karlsonun sözlərini dolayısıyla təsdiq edir.

İranın ABŞ ya İsrail tərəfindən nüvə silahı ilə vurulması nə dərəcədə realdı?

Modern.az-ın məlumatına görə, hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenat Nazim Bayram bildirib ki, İrana qarşı nüvə silahının istifadəsində Tramp, Netanyahu və ABŞ-ın müharibə naziri Pit Heqset üçün heç bir hüquqi, siyasi, mənəvi hədd yoxdur.

“İrandakı rejimi dəyişməklə bağlı ilkin planın iflasa uğradığını anlayan Tramp xatırlayırsızsa, elan etdi ki, “indiyə kimi hədəfə almadığımız obyektlər və əhali qrupları hədəfə alınaraq, məhv ediləcək!”

N.Bayramın sözlərrinə görə, İrana nüvə bombası atılsa, sıradan hadisə olmayacaq:

“ABŞ və İsrail bu məsuliyətin alından çıxa bilməyəcəklər və dünyada nüvə “pandorra qutusunu” açan və bunun sonrakı fəsadlarına cavabdehlər kimi tarixdə qalacaqlar”.

Hərbi icmalçı bildirib ki, bütün dünya narahat olmalıdı və ilk növbədə də nüvə ölkələri Rusiya və Çin.

İrana nüvə bombasının atılması regionda böyük fəlakətə səbəb olacaq və bunun Azərbaycana təsirləri də istisna deyil.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!