İran ABŞ və İsrail ilə mümkün atəşkəs razılaşması çərçivəsində Livanın da sənədə daxil edilməsini tələb edir.
Modern.az xəbər verir ki, mənbələrin məlumatına görə, Tehran bu məsələni prioritet hesab edir və vasitəçilərlə aparılan danışıqlarda daim gündəmə gətirir. İran tərəfi hesab edir ki, Livanın razılaşmaya daxil edilməsi regionda sabitliyin qorunması üçün vacibdir.
Bildirilir ki, rəsmi Tehran 2024-cü ildə baş verənlərin təkrarlanmasını istəmir. Həmin vaxt atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livan ərazisinə zərbələr endirməyə davam etmişdi.
İranın bu tələbinin danışıqların gedişinə necə təsir edəcəyi hələlik məlum deyil.