Modern.az

Yaxın Şərqdəki müharibə ilə bağlı 5 maddəlik plan

Yaxın Şərqdəki müharibə ilə bağlı 5 maddəlik plan

Dünya

Bu gün, 19:20

Çin və Pakistan Fars körfəzi, Yaxın Şərqdə sülhün və sabitliyin bərpasına yönəlmiş beş bəndlik birgə təşəbbüs təqdim ediblər.

Modern.az Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq təkliflər Çinin xarici işlər naziri Van İ və Pakistanın baş nazirinin müavini, XİN rəhbəri İshaq Darın Pekindəki görüşünün yekunlarına əsasən bildirib.

Tərəflər bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar.

Təşəbbüsdə mülki əhalinin və qeyri-hərbi obyektlərin qorunmasına xüsusi diqqət yetirilib. Tərəflər dinc sakinlərə və mühüm infrastruktura, o cümlədən enerji və nüvə obyektlərinə hücumları dayandırmağa, eləcə də beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA