Modern.az

Böyük Britaniya Yaxın Şərqə əlavə qoşun göndərəcək

Böyük Britaniya Yaxın Şərqə əlavə qoşun göndərəcək

Dünya

Bu gün, 21:34

Böyük Britaniya Yaxın Şərqdə İranın hücumlarına qarşı müdafiə tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbçilər və hava hücumundan müdafiə sistemləri göndərəcək.

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytə əlavə hava hücumundan müdafiə qrupları və sistemləri yerləşdiriləcək. Eyni zamanda, Qətərdə yerləşən “Typhoon” qırıcı təyyarələrinin istifadəsi də uzadılacaq. Yeni yerləşdirmələrdən sonra Böyük Britaniyanın Körfəz regionu və Kiprdəki ümumi hərbi kontingenti təxminən 1000 nəfərə çatacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA