Modern.az

ABŞ geri çəkildi - İranın dondurulmuş aktivlərini azad edir

ABŞ geri çəkildi - İranın dondurulmuş aktivlərini azad edir

Dünya

11 Aprel 2026, 22:58

İslamabadda davam edən tarixi görüşlərdə tərəflər arasında ən mübahisəli məsələlərdən biri olan dondurulmuş maliyyə vəsaitləri ilə bağlı mühüm məlumat sızıb.

Modern.az “Al Jazeera”ya istinadən xəbər verir ki, İran nümayəndə heyətinə yaxın mənbələr Tehranın bu danışıqlarda iştirak etmək qərarının məhz ABŞ-nin dondurulmuş aktivləri azad etmək razılığından sonra verildiyini bildiriblər.

Qeyd olunur ki, vəsaitlərin blokdan çıxarılması İranın təqdim etdiyi “10 maddəlik sülh planı”nın əsas şərtlərindən biri idi.

Rəsmi Vaşinqton isə dondurulmuş aktivlərin sərbəst buraxılmasına razılıq verib-vermədiyi ilə bağlı hələlik heç bir rəsmi şərh verməyib. 

Xatırladaq ki, sözügedən maliyyə aktivlərinin taleyi İslamabad danışıqlarının gedişatına birbaşa təsir edən əsas amillərdən biri hesab olunur. Tehran hakimiyyəti bu vəsaitlərin azad edilməsini yekun atəşkəs sazişi üçün ilkin şərt kimi irəli sürmüşdü.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ