Modern.az

Prezident Aparatının sabiq rəhbəri saxlanıldı

Prezident Aparatının sabiq rəhbəri saxlanıldı

Dünya

Bu gün, 10:54

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakı 140 milyon qrivna məbləğində girov qarşılığında azadlığa buraxılma imkanı ilə saxlayıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Yermak cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında şübhəli bilinir.

Andrey Yermak barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmənin qərarına əsasən, Yermak xarici və diplomatik pasportlarını təhvil verməlidir.

Həmçinin ona iş üzrə bəzi şəxslərlə əlaqə saxlamaq qadağan edilib.

Məhkəmə zalında Yermak bildirib ki, “mübarizəni davam etdirəcək” və apellyasiya şikayəti verəcək. O, irəli sürülən ittihamları qəbul etməyib.

“Ukraynada qalıram. Gizlədəcəyim heç nə yoxdur”, – deyə o bildirib.

Bundan əlavə, Prezident Ofisinin sabiq rəhbəri onun girov üçün vəsaiti olmadığını iddia edib və vəkillərinin pulu “dostlar və tanışlar arasında” axtaracağını deyib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?