Modern.az

CAR Prezidenti virusla bağlı ÇAĞIRIŞ ETDİ

CAR Prezidenti virusla bağlı ÇAĞIRIŞ ETDİ

Dünya

17 May 2026, 23:12

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa dünya ölkələrini Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusunun daha geniş yayılmasının qarşısını almaq üçün təcili və koordinasiyalı addımlar atmağa çağırıb.

Modern.az xəbər verir ki, Ramafosa bu bəyanatı Afrika İttifaqının pandemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə nümayəndəsi qismində verib.

Bildirilib ki, mövcud vəziyyət Afrika ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən birlik və operativ fəaliyyət tələb edir.

“Erkən aşkarlanma, vaxtında məlumatlandırma və qətiyyətli addımlar epidemiyanın daha geniş regional böhrana çevrilməsinin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır”, - deyə Ramafosa vurğulayıb.

O, Konqo Demokratik Respublikası, Uqanda, Afrika İttifaqının səhiyyə xidmətləri və Ümumdünya Səhiyyə Təşkilatının Ebola ilə mübarizə istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?