Modern.az

ABŞ Azərbaycanla işləri davam etdirmək istəyir

ABŞ Azərbaycanla işləri davam etdirmək istəyir

Dünya

Bu gün, 09:00

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilib.

“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Ötən il ərzində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik. Bu prosesin kulminasiya nöqtəsi ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması oldu. Biz regional əlaqələrin genişləndirilməsi, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə tərəfdaşlığımızı daha da möhkəmləndirməyi gözləyirik.

ABŞ Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına sadiqliyini alqışlayır və bu istiqamətdə birgə işi davam etdirməyə ümid edir. Qarşıdakı ildə və sonrakı dövrdə tərəfdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”, - bəyanatda deyilir.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV