Modern.az

Tramp: İranla saziş Avropada imzalanacaq

Tramp: İranla saziş Avropada imzalanacaq

Dünya

Bu gün, 00:22

Biz İranla müharibənin həlli istiqamətində böyük razılaşma əldə etdik və sənədlər yekunlaşmaq üzrədir.

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, prosesin yaxın bir neçə gün ərzində tamamlanacağını bildirib.

“Böyük ehtimal ki, saziş Avropada imzalanacaq və bu, əla hadisədir. Ən əsası, İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair bir razılaşmamız var. Biz onu tezliklə imzalayacağıq və sənədlər artıq son mərhələdədir”,- deyə Tramp əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!