Modern.az

Trampın İranla bağlı açıqlaması Netanyahunu təəccübləndirib

Trampın İranla bağlı açıqlaması Netanyahunu təəccübləndirib

Dünya

Bu gün, 09:46

ABŞ Prezidenti Donald Trampın İranla danışıqların irəliləməsi barədə verdiyi açıqlama İsrailin Baş naziri Benyamin Netanyahu üçün gözlənilməz olub.

Modern.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “Axios” portalı xəbər verib.

“Netanyahu əvvəlcədən xəbərdar edilməmişdi və Trampın İranla bağlı saziş haqqında ilk açıqlamasını yayması onu təəccübləndirdi”, - portalın məlumatında deyilir.

“Axios”un məlumatına görə, ABŞ prezidenti bildirib ki, sazişlə bağlı sənədlərin hazırlanması son mərhələsindədir. Ağ Evin rəhbərinin qiymətləndirməsinə əsasən, saziş artıq qarşıdakı həftəsonu Avropada imzalana bilər.

Tramp iyunun 11-də bəyan edib ki, İranın ali lideri Müctəba Xamenei ABŞ-la əldə olunmuş razılaşmaları təsdiqləyib. O qeyd edib ki, sənədlərin yekun rəsmiləşdirilməsinin yaxın günlərdə başa çatacağı gözlənilir və onların imzalanması qarşıdakı həftəsonu Avropada keçirilə bilər. Tramp əlavə edib ki, özü imzalanma mərasimində iştirak etməyəcək.

Daha sonra “Reuters” agentliyi İRNA-ya istinadən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqainin açıqlamasını yayıb. Baqai bildirib ki, İran hələlik ABŞ ilə mümkün saziş barədə yekun qərar qəbul etməyib və danışıqlarda özünün “qırmızı xətləri” üzrə heç bir güzəştə getməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!