Modern.az

Neftin qiyməti çox ucuzlaşacaq - Tramp

Neftin qiyməti çox ucuzlaşacaq - Tramp

Dünya

Bu gün, 17:05

ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin İranla müharibədən əvvəlki dövrlə müqayisədə daha aşağı səviyyəyə enə biləcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, ABŞ lideri bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə keçirdiyi görüşdə bəyan edib.

"Bazar hazırda tamamilə sabitləşib. Neftin qiyməti 73-74 dollar təşkil edir ki, bu da böhrandan əvvəlki səviyyəyə çox yaxındır. Fond birjası yenidən kəskin artım nümayiş etdirib, neft qiymətləri isə enişə doğru gedir. Hesab edirəm ki, hazırda qiymətlər 70 dollar civarındadır. Hətta neftin qiymətinin müharibədən əvvəlki dövrlə müqayisədə daha da aşağı düşə biləcəyini düşünürəm", - deyə Tramp vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ