Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında təxirə salınan və gecikən reyslərin sayı 527-yə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "Shot" "Telegram" kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, ən gərgin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur. Burada uçuş üçün 50 reys ləğv edilib, 71 reys isə gecikir. Bundan əlavə, aeroporta eniş etməli olan 60 reys təxirə salınıb, 76-sı isə təxirə salınma müddətini gözləyir.
Qeyd edək ki, iyunun 18-i səhər saatlarında Moskvanın hər dörd aeroportu uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Buna səbəb Ukrayna Silahlı Qüvvələrinin Rusiya paytaxtına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirdiyi kütləvi hücum olub. Bu hücum son iki ilin ən böyük PUA hücumu kimi qiymətləndirilir. Gecə saatlarından indiyədək Moskva ətrafında 85 dronun vurulduğu açıqlanıb.