Modern.az

Ukrayna yanırsa, Moskva da yanacaq - Zelenski

Ukrayna yanırsa, Moskva da yanacaq - Zelenski

Dünya

18 İyun 2026, 17:22

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 18-nə keçən gecə Rusiyaya təşkil edilən kütləvi hücumun Moskva tərəfindən bir neçə gün əvvəl Kiyevə, xüsusən də Kiyev-Peçersk Lavrasına endirilən zərbələrə cavab olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Ukrayna dövlət başçısı jurnalistlərə açıqlamasında Rusiyanın hücumlarına sərt reaksiya verib: "Əgər Putin bu müharibəni dayandırmaq istəmirsə və onu davam etdirmək niyyətindədirsə, biz də sakit oturmayacağıq, cavab verəcəyik. Əgər Ukrayna yanırsa, Moskva da yanacaq".

Məlumata görə, iyunun 15-də Rusiya ordusunun Kiyevə endirdiyi zərbələr nəticəsində 5 nəfər həyatını itirib, YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Kiyev-Peçersk Lavrasının baş kilsəsi olan Tanrı anasının Mövludu məbədi yanaraq ciddi zərər görüb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?