Modern.az

Britaniyanın yeni baş naziri ola bilər

Britaniyanın yeni baş naziri ola bilər

Dünya

22 İyun 2026, 14:14

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün istefa verdiyini açıqlayıb. Onun gedişindən sonra hökumət rəhbərliyinə Leyboristlər Partiyasının üzvü Endi Bernemin gələcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, Bernemin qısa müddətdə baş nazir postunu tutması qarşıdakı seçki prosesində rəqiblərin olub-olmamasından asılıdır. Artıq istefaya gedən Baş nazir K.Starmer namizədlərdən müraciətlərin qəbulunun iyulun 9-da başlayacağını elan edib. Bu proses parlamentin iyulun 16-da gözlənilən yay tətilinə qədər yekunlaşmalıdır.

Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsinin üzvləri də nəşrə açıqlamalarında bu ssenarini təsdiqləyiblər. Məlumata görə, Endi Bernemə qarşı heç bir rəqib namizəd çıxmasa, o, artıq iyulun 17-də rəsmən hökumətə rəhbərlik etməyə başlaya bilər. Əks halda, seçki proseduru növbəti həftənin əvvəlinə, parlamentin fəaliyyətində yaranacaq fasilə dövrünə qədər uzanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?