Modern.az

Daha bir bələdiyyə sədri CHP-dən istefa etdi 

Daha bir bələdiyyə sədri CHP-dən istefa etdi 

Dünya

22 İyun 2026, 15:34

Ankaranın Haymana rayon bələdiyyəsinin sədri Levent Koç Cümhuriyyət Xalq Partiyasından (CHP) istifa edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-dən ayrılan bələdiyyə sədrinin siyasi fəaliyyətini iqtidar partiyasında davam etdirəcəyi gözlənilir.

Məlumata görə, Levent Koçun yaxın günlərdə rəsmən AK Partiyaya qatılacağı iddia olunur. İstefanın səbəbləri və bələdiyyə sədrinin rəsmi açıqlaması barədə hələlik ətraflı məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?