Modern.az

Qərb ölkələri Rusiyadan qorxur - Putin

Qərb ölkələri Rusiyadan qorxur - Putin

Dünya

23 İyun 2026, 17:55

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukraynadakı münaqişədə birbaşa iştirakı və bunun Moskva üçün doğura biləcəyi nəticələr barədə xəbərdarlıq edib.

Modern.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Putin, Qərb dövlətlərinin hələlik öz ərazilərindən Rusiyaya qarşı hər hansı bir hərbi vasitəni işə salmağa risk etmədiklərini açıqlayıb: 

"Çünki bunun ardınca gələcək cavab zərbəsinin miqyasını yaxşı anlayırlar".

Onun sözlərinə görə, Qərb məhz bu cavab zərbəsi qorxusuna görə Rusiya ərazisinə edilən hücumlardan maksimum dərəcədə uzaq durmağa və birbaşa məsuliyyəti öz üzərinə götürməməyə çalışır.

Rusiya Prezidenti fikrini əsaslandırmaq üçün son vaxtlar Baltikyanı ölkələrin hava məkanına daxil olan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentləri nümunə gətirib. O vurğulayıb ki, hətta bu cür vəziyyətlərdə belə, həmin ölkələr Moskvaya qarşı birbaşa ittihamlar irəli sürməkdən ehtiyat edirlər: 

"Hətta belə situasiyalarda belə rəsmi ittihamlardan qaçırlar. Baş verənləri ya 'Ukrayna dronu', ya texniki səhv, ya da sistem qəzası kimi digər bəhanələrlə izah etməyə çalışırlar".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?