Modern.az

ABŞ İranla saziş imzalamağa hazırdır, amma bir ŞƏRTLƏ

ABŞ İranla saziş imzalamağa hazırdır, amma bir ŞƏRTLƏ

Dünya

25 İyun 2026, 13:54

ABŞ İranla nüvə və ya digər təhlükəsizlik məsələlərinə dair saziş bağlamağa meyllidir, lakin bu addımı kor-koranə atmayacaq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bəyanat verib.

Bəhreynə rəsmi səfəri çərçivəsində Fars körfəzi ölkələrinin xarici işlər nazirləri ilə görüşən dövlət katibi Vaşinqtonun bu məsələdəki qəti mövqeyini diqqətə çatdırıb: "Biz razılığa gəlmək istəyirik, lakin bunun hər nəyin bahasına olursa-olsun reallaşmasını arzulamırıq. Bizə yaxşı, real, yoxlanılması mümkün olan və icra edilən bir saziş lazımdır. Danışıqlar prosesində və ya ondan sonra əldə olunacaq hər bir razılaşmanın tərəflər tərəfindən dönmədən yerinə yetirilməsi son dərəcə vacibdir".

Sizə yeni x var
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?