Venesuelada ötən həftə baş verən dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərin sayı kəskin artaraq ən azı 1 450 nəfərə çatıb.
Modern.az CNN-ə istinadən xəbər verir ki, ölkənin La Quayra və Karakas şəhərlərində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 33 nəfər dağıntılar altından sağ çıxarılıb.
Ölkədə prezident vəzifəsini icra edən Delsi Rodriqes zərərin qiymətləndirilməsi məqsədilə xüsusi dövlət komissiyasının yaradıldığını elan edib.
Qeyd edək ki, təbii fəlakətdən sonra ölkədə 40 minə yaxın insan hələ də itkin düşmüş hesab olunur.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti (USGS) isə daha sonra cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanın qeydə alındığını açıqlayıb.