Böyük Britaniyanın fəaliyyət müddəti başa çatmaqda olan Baş naziri Kir Starmer ölkə parlamentinin mövcud tərkibi barədə maraqlı iddia ilə çıxış edib. O, hazırkı parlamentin bu sahədə qlobal miqyasda lider olduğunu bəyan edib.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Starmer bu barədə LGBT icmasının xüsusi tədbirində danışıb:
"Mən fəxr edirəm ki, biz tarixin ən çox gey mütəxəssisinə sahib olan parlamentini formalaşdıra bilmişik. Düşünmürəm ki, bəşəriyyət tarixində və ya dünyanın hər hansı digər yerində bundan daha çox gey nümayəndənin yer aldığı ikinci bir parlament olsun. Bu, həqiqətən fantastik bir göstəricidir".
Qeyd edək ki, sözügedən tədbirdə Kir Starmer auditoriyaya zarafatla "lezbiyan stil ikonası" kimi təqdim olunub. Britaniya hökumətinin rəhbəri bu qeyri-adi titulu böyük məmnuniyyətlə qəbul etdiyini və bu zarafatın onun xoşuna gəldiyini xüsusi vurğulayıb.