Modern.az

Ankarada kritik 60 dəqiqə: Zelenski Trampla bir araya gəldi

Ankarada kritik 60 dəqiqə: Zelenski Trampla bir araya gəldi

Dünya

8 İyul 2026, 17:56

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində ikitərəfli görüşə başlayıblar.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə liderinin qapalı qapılar arxasındakı danışıqları üçün rəsmi olaraq bir saat vaxt ayrılıb.

Görüşün əsas müzakirə mövzusu Ukraynanın hava hücumundan müdafiə (HHM) imkanlarının təcili şəkildə gücləndirilməsidir. Müzakirələr zamanı xüsusilə ballistik raketləri məhv etmək qabiliyyətinə malik "Patriot" zenit-raket kompleksləri üçün raketlərin Ukraynaya tədarükü məsələsinin diqqət mərkəzində olacağı bildirilir. ABŞ-də rəhbərlik dəyişdikdən sonra baş tutan bu görüş regional təhlükəsizlik və cəbhədəki son vəziyyət baxımından kritik əhəmiyyət daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?