Modern.az

Rusiyada benzin davası - Yanacaq böhranı dərinləşir 

Rusiyada benzin davası - Yanacaq böhranı dərinləşir 

Dünya

8 İyul 2026, 18:01

Rusiyada daxili bazarda yaşanan yanacaq böhranı pik həddə çatıb.

Modern.az xəbər verir ki, Novorossiysk şəhərində yanacaq qıtlığından cana doyan sakinlər yanacaq daşıyan maşının (benzinvoz) yolunu kəsərək, yerindəcə benzin tələb ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yanacaqdoldurma məntəqələrində (YDM) növbə üstündə vətəndaşlar arasında əlbəyaxa davaların düşdüyü əks olunub. Vəziyyət o dərəcəyə çatıb ki, yanacaq almaq istəyənlər YDM-lərin qarşısında çadırlar quraraq gecələməyə başlayıblar. Yerli sakinlər yaranan mənzərəni “benzin düşərgəsi” adlandırırlar.

Mütəxəssislər neft ölkəsində yaranan bu böhranı hərbi logistika və neft emalı zavodlarındakı fasilələrlə əlaqələndirirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?