Modern.az

ABŞ İranı bombaladı: 14 nəfər öldü, 78 nəfər yaralandı 

ABŞ İranı bombaladı: 14 nəfər öldü, 78 nəfər yaralandı 

Dünya

Bu gün, 10:44

ABŞ-ın İran ərazisinə endirdiyi son zərbələr nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn Kərmanpur bildirib.

Onun sözlərinə görə, atəşkəs razılaşmasının qüvvədə olduğu vaxtda ABŞ 2026-cı il iyulun 8 və 9-da İranın beş vilayətinə zərbələr endirib.

"Bu hücumlar nəticəsində 14 nəfər həyatını itirib, 78 nəfər yaralanıb. Hazırda 47 nəfər xəstəxanalarda müalicə alır, digər yaralılar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb", – Kərmanpur X sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.

Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ ordusu İrana qarşı silsilə güclü zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bunu İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı hərəkətlərinə cavab kimi izah edib.

İran hərbçiləri isə cavab olaraq ABŞ-ın Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirdiklərini açıqlayıblar. Tehran Vaşinqtonu hərbi əməliyyatların dayandırılması barədə memorandumu pozmaqda ittiham edib.

ABŞ Prezidenti Donald Tramp dünən Vaşinqtonla Tehran arasında atəşkəsin başa çatdığını bəyan edib. Tehran isə yekun nizamlanma üzrə danışıqları dayandırdığını açıqlayıb.

İyulun 9-na keçən gecə ABŞ yenidən İrana zərbələr endirib. Tehran buna cavab olaraq bölgədəki ABŞ bazalarını hədəfə alıb. SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) Vaşinqton hücumları davam etdirəcəyi təqdirdə zərbələrin coğrafiyasını genişləndirəcəyi barədə xəbərdarlıq edib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır