Modern.az

İran ABŞ ilə anlaşmanı dayandırdı - şərtləri pozduğunuza görə...

İran ABŞ ilə anlaşmanı dayandırdı - şərtləri pozduğunuza görə...

Dünya

Bu gün, 17:21

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin ABŞ ilə imzalanmış anlaşma memorandumundan irəli gələn öhdəliklərini dondurduğunu bəyan edib.

Modern.az xəbər verir ki, diplomat bu barədə İran dövlət televiziyasına müsahibəsində danışıb.

K.Qəribabadi rəsmi Vaşinqtonu razılaşmanın bütün şərtlərini pozmaqda və maddələrin icrasını dayandırmaqda ittiham edib. O bildirib ki, qarşı tərəfin addımlarına cavab olaraq İran da memorandum üzrə öhdəliklərinin icrasını dayandırıb və artıq onları yerinə yetirmir.

Nazir müavini hazırkı şəraitdə Tehranın əsas diqqətini ölkənin müdafiəsinə yönəltdiyini vurğulayıb.

ABŞ-nin hələ danışıqlar mərhələsi getdiyi vaxtda hücumlara başladığını iddia edən Qəribabadi, Vaşinqtonun mövqeyinin heç bir nəticə verməyəcəyini bir daha anladığını və buna qarşı lazımi cavabı aldığını qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə