Modern.az

Rusiya bazarında itirən Ermənistan Avropada qazandı 

Rusiya bazarında itirən Ermənistan Avropada qazandı 

Dünya

20 İyul 2026, 16:57

Rusiya bazarında sanskiyalara məruz qalan Ermənistan istehsalçıları çıxış yolunu Avropa İttifaqında tapıblar.

Modern.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yerli şirkətlər artıq Aİ ölkələrinə balıq və balıq məhsulları ixrac etmək hüququ əldə ediblər. Nazirin sözlərinə görə, İrəvan bütün zəruri icazələri alıb və müvafiq prosedurları təsdiqləyib. Bu addım erməni şirkətlərinə itirilmiş Rusiya bazarının əvəzinə yeni satış kanalları tapmaq imkanı verir.

Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyun ayının başlanğıcından etibarən Ermənistandan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını tələb etmişdi.

May ayından başlayan kütləvi qadağalar çərçivəsində balıqla yanaşı, Ermənistandan gətirilən tərəvəz, meyvə, gül, mineral su, quru meyvələr və digər kənd təsərrüfatı məhsullarının da Rusiyaya idxalı dayandırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR