Modern.az

Məşhur şirkət 890 milyon avro cərimələndi

Məşhur şirkət 890 milyon avro cərimələndi

Dünya

23 İyul 2026, 17:30

Avropa Komissiyası "Google" korporasiyasını Rəqəmsal Bazarlar Haqqında Qanunun tələblərini pozduğuna görə 890 milyon avro məbləğində cərimələyib.

Modern.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəsmi bəyanatında bildirilir ki, ABŞ şirkəti rəqəmsal mühitdə bərabər rəqabət şəraitinin təmin edilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməyib.

Komissiyanın iddiaları "Google"un iki əsas fəaliyyət sahəsi ilə bağlıdır. Belə ki, Aİ tənzimləyicisinin qənaətinə görə, şirkət axtarış nəticələrində öz şəxsi servislərinə üstünlük verib. Həmçinin, şirkət tərtibatçılara "Google" ekosistemindən kənarda daha əlverişli təkliflər barədə istifadəçilərə pulsuz məlumat vermək imkanı yaratmayıb.

Bundan əlavə, qurum "Google"a aşkar edilmiş pozuntuları 60 gün ərzində aradan qaldırmağı tapşırıb. Tələblər icra olunmazsa, şirkəti əlavə sanksiyalar gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?