Modern.az

Elbrusda itkin düşən alpinistlərdən ikisinin meyiti tapıldı

Elbrusda itkin düşən alpinistlərdən ikisinin meyiti tapıldı

Dünya

26 İyul 2026, 19:34

Elbrus dağında itkin düşən alpinitlərdən ikisinin meyiti tapılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bosniya və Herseqovinadan olan iki alpinistin meyiti Azau aşırımında hüquq-mühafizə orqanlarına təhvil verilib. Daha üç alpinistin axtarışları isə əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti dayandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!