Modern.az

İrlandiyada məscidə hücum edilib

İrlandiyada məscidə hücum edilib

Dünya

26 İyul 2026, 20:36

İrlandiyanın paytaxtı Dublində Türkiyə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Sultan Məcid məscidinə hücum edilib.

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə cümə namazı zamanı baş verib.

Məlumata görə, məscidə daxil olmağa çalışan ifrat sağçı radikal mühafizəçiyə yumruqla zərbə endirib.

Hücum edən şəxslər hadisəni mobil telefonla lentə alıb və daha sonra görüntüləri sosial şəbəkələrdə yayıblar. Məscidin mühafizəçilərinin və yaxınlıqda olan insanların müdaxiləsi nəticəsində vəziyyətin daha da gərginləşməsinin qarşısı alınıb.

Zərərçəkənlər hücum edən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!