Modern.az

Rusiya Avropadan kompensasiya istəyir

Rusiya Avropadan kompensasiya istəyir

Dünya

26 İyul 2026, 23:24

Rusiya Ukrayna müharibəsi nəticəsində dəymiş zərərə görə Avropadan kompensasiya tələb edəcəyini bəyan edib.

Modern.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq siyasət komitəsi sədrinin birinci müavini Aleksey Çepa Lenta.ru-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva bu məsələni davamlı şəkildə gündəmdə saxlayacaq.

“Biz Avropadan kompensasiya tələb edəcəyik və bu məsələ daim qaldırılacaq. Əminəm ki, Avropanı buna məcbur etməyə gücümüz çatacaq”, – deyə Çepa bildirib.

Deputat əlavə edib ki, Rusiya, həmçinin Ukraynaya qarşı müharibə başladıqdan sonra Qərb ölkələri tərəfindən dondurulmuş 300 milyard dollarlıq aktivlərini geri qaytarmaq niyyətindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr