Modern.az

Bu ölkədə qadınlar kişilərdən çox qazanırlar

Bu ölkədə qadınlar kişilərdən çox qazanırlar

Dünya

Bu gün, 07:15

Eurostat-ın statistikası göstərir ki, Avropa İttifaqında (Aİ) qadınların orta saatlıq ümumi əməkhaqqı kişilərinkindən orta hesabla 11,1% aşağıdır. Başqa sözlə, Aİ-də kişi hər 100 avro qazandıqda, qadın orta hesabla cəmi 88,9 avro qazanır.

Modern.az xəbər verir ki, bu barədə Euronews-un məlumatında bildirilib.

Qeyd edilib ki, kişilərlə qadınların qazancındakı fərq illik gəlir baxımından daha çox nəzərə çarpır. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC), həmçinin Eurostat-ın məlumatlarına əsaslanan hesablamalarına görə, Aİ-də çalışan orta statistik qadın il ərzində kişilərdən təxminən 3 900 avro az gəlir əldə edir.

Bu isə o deməkdir ki, Aİ-də çalışan 92,5 milyon qadın ümumilikdə hər il 358 milyard avrodan çox gəlirdən məhrum olur.

Lüksemburq Avropa İttifaqında qadınların kişilərdən daha çox qazandığı yeganə ölkədir. Burada qadınların illik gəliri kişilərinkindən orta hesabla 474 avro çoxdur.

2025-ci ilin məlumatlarına əsasən, işləyən qadınların illik gəlir fərqi Finlandiyada 7 592 avro, Avstriyada 6 854 avro, Almaniyada 6 049 avro, İsveçdə isə 5 116 avro təşkil edir.

İllik gəlir fərqi Estoniyada (4 967 avro), Fransada (4 536 avro), Çexiyada (4 499 avro) və İrlandiyada (4 129 avro) da Avropa İttifaqı üzrə orta göstəricidən (3 881 avro) yüksəkdir. Bu ölkələrin hər birində fərq 4 min avronu ötür.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr