Modern.az

İldırım 9 nəfəri yaraladı

İldırım 9 nəfəri yaraladı

Dünya

27 İyul 2026, 01:53

Venesuelanın Valensiya şəhərində yerləşən Arturo Miçelena Beynəlxalq Hava Limanının perronuna ildırım düşməsi nəticəsində azı doqquz nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə "El Impulso" qəzeti məlumat yayıb.

Məlumata görə, ildırım hava limanının perronuna düşüb. Hadisə nəticəsində azı doqquz nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında Venesuela Milli Qvardiyasının dörd hərbçisi, eləcə də hava limanının bir neçə əməkdaşı var.

Yaralılara tibbi yardım göstərildikdən sonra hava limanı fəaliyyətini adi rejimdə bərpa edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!