Modern.az

Peruda avtobuslar toqquşdu, beş nəfər həlak oldu

Peruda avtobuslar toqquşdu, beş nəfər həlak oldu

Dünya

27 İyul 2026, 05:11

Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində azı beş nəfər ölüb, daha 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, üzbəüz toqquşma Perunun Takna şəhərində, Çili ilə sərhəd yaxınlığında yerləşən Cənub Panamerika magistralında baş verib.

Taknadakı İpolito Unanue Xəstəxanasının direktoru Eddi Visente bildirib ki, yaralıların əksəriyyətinin vəziyyəti stabildir. Onun sözlərinə görə, 24 yaşlı bir kişinin vəziyyəti ağırdır və onda çoxsaylı sınıqlar aşkarlanıb.

Qəzanın başvermə səbəbi hələlik məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!