Modern.az

Ermənistan Ordusunun sülh dövründə itkiləri - Ölüm STATİSTİKASI

Ermənistan Ordusunun sülh dövründə itkiləri - Ölüm STATİSTİKASI

Dünya

Bu gün, 08:00

Ermənistan Ordusunun dinc dövrdə ölən hərbi qulluqçularının sayı açıqlanıb.

Modern.az xəbər verir ki, Helsinki Vətəndaş Assambleyası və “Sülh dialoqu” təşkilatının birgə hazırladığı "ölüm statistikası" açıq mənbələrə və həlak olmuş hərbçilərin ailə üzvlərinin müraciətlərinə əsaslanır.,

Ermənistan ordusunda dinc dövrdə ölən hərbi qulluqçuların sayı illər üzrə aşağıdakı kimidir:

2021-ci il: 32 nəfər
2022-ci il: 38 nəfər
2023-cü il: 53 nəfər
2024-cü il: 32 nəfər
2025-ci il: 32 nəfər
2026-cı il (ilk 7 ay üzrə): 30 nəfər

Erməni ekspertlər deyirlər ki, Ermənistanın bu göstəricisi Avropa ölkələri ilə müqayisədə  olduqca yüksəkdir və hətta postsovet ölkələrinin əksəriyyətinin göstəricilərini üstələyir. Bu baxımdan Ermənistan daha çox Cənubi Amerika və Afrikanın bəzi sabit olmayan ölkələri ilə eyni səviyyədədir.

Qeyd edilib ki, ordudakı intihar hallarının sayına görə də Ermənistan ön sıralarda yer alır. "İntihara sövq etmə" halları üzrə isə ölkə dünyada birinci yerdə göstərilir.


Erməni jurnalist və bloger Natali Aleksanyan bildirib ki, bu statistika orduda dərin struktur və sistem problemlərinin mövcudluğundan xəbər verir. Həmin problemlər komanda heyətinin peşəkarlıq səviyyəsinin aşağı olması və açıq sabotaj hallarından tutmuş, hərbi qulluqçular arasında cinayətkar submədəniyyətə yaxın münasibətlərin formalaşmasına qədər uzanır.

“Bu, həqiqətən də çox ciddi problemdir. O qədər ciddi ki, buna göz yummaq dövlətə xəyanətə bərabər sayıla bilər.

Bəs buna görə kim məsuliyyət daşıyır?

İlkin məsuliyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının üzərinə düşür. Çünki ordunun gündəlik fəaliyyəti Baş Qərargahın birbaşa səlahiyyətlərinə daxildir. Hərbi hissələrdə hərbi qulluqçuların xidməti və məişət şəraitinin idarə olunmasına da məhz Baş Qərargah cavabdehdir.

İkinci dərəcəli məsul şəxs isə müdafiə naziridir, çünki sülh dövründə Baş Qərargah rəisi onun birbaşa müavinidir.

Yeri gəlmişkən, orduda bizim ödədiyimiz vergilər hesabına çalışan, lakin heç bir real faydası olmayan ştatlı psixoloqlar da buna görə məsuliyyət daşıyacaqlar.

Ordudakı problemlərə biganə yanaşdığınıza görə hamınız növbə ilə cavab verməli olacaqsınız”, - jurnalist Natali Aleksanyan vurğulayıb.

Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr