Modern.az

İzmirdə 85 qanunsuz miqrant saxlanılıb

İzmirdə 85 qanunsuz miqrant saxlanılıb

Dünya

28 İyul 2026, 04:32

Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb.

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, sahil mühafizə qüvvələri mobil sahil müşahidə sistemi və pilotsuz uçuş aparatının (PUA) köməyi ilə bölgədə iki qayıq aşkarlayıb.

"Əməliyyat zamanı qayıqlardan birində olan, aralarında 11 uşağın da olduğu 53 nəfər, digər qayıqda isə 32 nəfər saxlanılıb. Beləliklə, ümumilikdə 85 qanunsuz miqrant tutulub", - məlumatda qeyd olunub.

Hadisə ilə bağlı miqrant qaçaqmalçılığında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Qanunsuz miqrantlar zəruri prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?