Modern.az

Qalmaqala səbəb olan deputatın parlamentdə çıxışı QADAĞAN EDİLDİ

Qalmaqala səbəb olan deputatın parlamentdə çıxışı QADAĞAN EDİLDİ

Dünya

Bu gün, 20:09

Ermənistan parlamentində qalmaqala səbəb olan çıxışından sonra müxalif deputat Edgar Qazaryanın yaxın günlərdə parlament tribunasından çıxış etməməsi barədə razılıq əldə olunub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, “Güclü Ermənistan” fraksiyasında Qazaryanın iştirakı ilə ciddi müzakirə keçirilib.  Müzakirəyə avqustun 13-də parlamentdə baş verən insident səbəb olub. Qazaryan hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını sərt ifadələrlə ittiham etdikdən sonra hakimiyyət və müxalifət deputatları arasında gərgin mübahisə yaranıb. İclas 20 dəqiqəlik dayandırılıb, mübahisə dəhlizdə də davam edib. 

Parlament sədri Ruben Rubinyan Qazaryanın ifadələrini tənqid edərək ondan üzr istəməsini gözlədiyini bildirib. “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan isə məsələnin fraksiya daxilində müzakirə ediləcəyini açıqlayıb. 

Sonrakı müzakirələrdən sonra fraksiya Qazaryanın ictimai şəkildə üzr istəməyəcəyi barədə qərar verib. Karapetyan da bunu jurnalistlərə təsdiqləyib. 

“Joxovurd”un məlumatına görə, bununla belə, Qazaryanın davranışı fraksiya daxilində birmənalı qarşılanmayıb. Razılaşmaya əsasən, deputat qarşıdakı bir neçə gün ərzində parlament tribunasından sual və çıxışlarla iştirak etməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama