Modern.az

ABŞ ilə İran danışıqlarını o koordinasiya edirmiş - İLGİNC DETALLAR

ABŞ ilə İran danışıqlarını o koordinasiya edirmiş - İLGİNC DETALLAR

Dünya

Bu gün, 21:55

İranla ABŞ arasında müharibənin başa çatması barədə danışıqlarda problem yaşanıb. Bu, may ayında aparılan prosesdə baş verib.

Modern.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Bildirilib ki, danışıqlar masasındakı İran nümayəndələrinin həqiqətən də nüfuzlu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adından danışıb-danışmadığını anlaşılmayıb.

Buna görə də Tramp administrasiyasının nümayəndələri qeyri-adi addım ataraq iranlı danışıqlarçıları kənarda qoyub, birbaşa SEPAH rəhbərliyi ilə əlaqə yaratmağa çalışdılar. Gizli kanalda vasitəçi rolunu İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani öz üzərinə götürdü. Onun seçilməsi həm ABŞ, həm də İran rəhbərliyinin etimadını qazanması idi.

Mayın 10-da ABŞ-ın o vaxtkı Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Bərzaniyə zəng edərək bildirdi ki, administrasiya onun SEPAH-ın komandanı, general Əhməd Vəhidiyə çıxış əldə edə biləcəyini düşünür.

İran-İraq müharibəsi zamanı Bərzani İranda yaşamış və Tehran Universitetində təhsil almışdı. O, fars dilində sərbəst danışır və İran rejiminin bir çox yüksək vəzifəli nümayəndələri, o cümlədən SEPAH rəhbərləri ilə şəxsi münasibətlərə malikdir.

ABŞ-ın dörd prezidentinin dövründə Yaxın Şərq üzrə müşavir olmuş Brett Makqerk müsahibəsində deyib:

“Neçirvan Bərzani problemlərin praktik həllini axtaran insandır. O, bütün regionda hörmət qazanıb. Həm Tehranda, həm də Vaşinqtonda demək olar ki, hamını tanıyır. Kritik vəziyyətdə məhz belə bir insana müraciət edirlər.”

Qabbard vurğulayıb ki, Bərzaniyə prezident Donald Tramp və vitse-prezident Cey Di Vensin razılığı ilə zəng edib. O, Bərzanidən Vəhidi və SEPAH rəhbərliyi Qalibaf və Əraqçinin razılaşdırdığı mövqeyi dəstəkləyib dəstəkləmədiyini öyrənmək istəyib.

Bərzani kömək etməyə razılaşıb. O, SEPAH-dakı əlaqələri ilə danışaraq Tramp administrasiyasından mesajı olduğunu bildirib.

“Amma mən birbaşa general Vəhidi ilə danışmaq istəyirəm”, — deyə Bərzani vurğulayıb.

İranlılar razılaşıblar. Mayın 14-də SEPAH-ın nümayəndəsi Bərzaninin Ərbildəki ofisinə gəlib.

Bərzani Vəhididən İran danışıqlarçılarının mövqeyini dəstəkləyib-dəstəkləmədiyini soruşub. İranlı general müsbət cavab verib.

Mənbənin sözlərinə görə, Vəhidi belə deyib:

“Mən onları tamamilə dəstəkləyirəm və bu, SEPAH-ın da mövqeyidir. Biz bu böhranı danışıqlar yolu ilə həll etməyə üstünlük veririk."

Vəhidi ilə söhbətdən dərhal sonra Bərzani Qabbarda zəng edərək İran generalının cavabını ona çatdırıb. Qabbard daha sonra Ağ Evə məlumat verib.

Tramp administrasiyası yeni təkliflə çıxış edib. ABŞ istəyib ki, Bərzani Ərbildə yüksək səviyyəli amerikalı və iranlı nümayəndələr arasında gizli danışıqlar təşkil etsin.

Bərzani yenidən İran tərəfi ilə əlaqə saxlayaraq bu təklifi çatdırıb. İranlılar belə bir ehtimalı istisna etməyiblər, lakin öz təhlükəsizlikləri ilə bağlı narahatlıqlarını bildiriblər.

 

Ərbildə planlaşdırılan görüş isə baş tutmayıb.

 

Pakistan və Qətər vasitəçiləri ABŞ ilə İran arasında mesajların ötürülməsini davam etdirirlər. Lakin hələlik əhəmiyyətli irəliləyiş yoxdur.

 

Pakistan tərəfi danışıqların real nəticələrinin imkan verdiyindən daha optimist mənzərə yaradır. Məqsəd tərəflərin dalandan çıxmasına kömək edə biləcək irəliləyiş görüntüsü yaratmaqdır.

Məsələ ilə tanış olan mənbənin sözlərinə görə, Bərzani yaxın vaxtlarda yenidən Ağ Evə müraciət edərək ABŞ ilə İran arasında danışıqların bərpasına kömək etməyi təklif edib.

Makqerk hesab edir ki, problem vasitəçidə deyil:

“Məsələ İranın Hörmüz boğazı ilə bağlı siyasətindədir və bunun yaxın zamanda dəyişməsi çətin görünür.”

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama