Modern.az

Təyyarə aeroporta 4 saat eniş edə bilmədi 

Təyyarə aeroporta 4 saat eniş edə bilmədi 

Dünya

Bu gün, 10:00

Gümrü–Moskva marşrutu üzrə “Pobeda” aviaşirkətinə məxsus təyyarənin uçuşu 4 saat 20 dəqiqə təxirə salınıb.

Modern.az xəbər verir ki, rəsmilər tərəfindən gecikmənin Moskvada qüvvədə olan təhlükəsizlik məhdudiyyətləri ilə əlaqəli olduğu bildirilir.

Aeroportun onlayn tablosunda yer alan məlumata görə, saat 07:00-da həyata keçirilməsi planlaşdırılan reysin uçuş vaxtı 11:20-yə dəyişdirilib.

Qeyd edək ki, aviareysin gecikməsi Moskva və Moskvaətrafı ərazilərə genişmiqyaslı dron hücumları fonunda baş verib. Rusiya rəsmilərinin məlumatına görə, avqustun 16-dan 17-nə keçən gecə Moskva istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı qeydə alınıb. Moskva vilayətində hücumlar nəticəsində “Wildberries” şirkətinin Podolskdakı böyük logistika mərkəzində yanğın baş verib. Rusiya Müdafiə Nazirliyi ölkə ərazisi üzərində yüzlərlə pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Hücum nəticəsində Moskva vilayətində bir nəfərin öldüyü, bir neçə şəxsin yaralandığı bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür