Modern.az

Prezident ikinci dəfə namizəd olmaqdan imtina etdi

Prezident ikinci dəfə namizəd olmaqdan imtina etdi

Dünya

11 Aprel 2015, 06:11


Latviya prezidenti Andris Berzinış ikinci müddət üçün namizədliyini irəli sürməkdən imtina edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu dövlət başçısı xalqa video müraciətində bəyan edib: “Növbəti prezidentlik müddəti üçün namizəd olmayacağam. Əmədaşlığa görə hamıya təşəkkürümü bildirirəm”.

Berzinış 2011-ci il iyulun 8-dən Latviya prezidentidir. O zaman onun namizədliyini gizli səsvermə yolu ilə 53 deputat dəstəkləyib.

Bu, Latviyanın yeni tarixində ilk hadisədir ki, prezident öz xoşuna ikinci müddət üçün seçkilərdə iştirakdan imtina edir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!