Modern.az

İran Hörmüz boğazını açmaq üçün ABŞ-a şərt qoydu

İran Hörmüz boğazını açmaq üçün ABŞ-a şərt qoydu

Dünya

26 Avqust 2026, 16:15

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında vəziyyətlə bağlı açıqlama verərək boğaz üzərində tam nəzarətin İranın əlində olduğunu bildirib.

Modern.az xəbər verir ki, SEPAH-ın açıqlamasında körfəzdə qarşı tərəfə məxsus hərbi gəmilərin qalmadığı, onların ən azı 400 kilometr geri çəkildiyi iddia olunub.

SEPAH-ın məlumatına görə, Hörmüz boğazının suları və əldə olunan gəlirlərlə bağlı Omanla müəyyən razılaşmalar əldə edilib.

Bildirilib ki, İran ABŞ-ın Tehranın şərtlərini qəbul etməsi və qarşılıqlı anlaşma memorandumuna qayıtması halında Hörmüz boğazını müəyyən çərçivələr daxilində açmağa hazırdır.

SEPAH qeyd edib ki, ABŞ bu şərtləri qəbul etmədiyi təqdirdə boğaz tamamilə bağlı qalacaq.

İran tərəfinin açıqlamasında sözügedən memorandumun konkret şərtləri və boğazın hansı çərçivədə açılmasının mümkün olduğu barədə əlavə detallar açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...