Modern.az

Paşinyanın xəritəsində gizlənən həqiqətlər

Paşinyanın xəritəsində gizlənən həqiqətlər

Dünya

Bu gün, 12:15

Son aylar Nikol Paşinyanın sinəsində daşıdığı ölkəsinin xəritəsi formasında hazırlanmış nişan həm Ermənistan daxilində, həm də regionda ən çox müzakirə olunan simvollardan birinə çevrilib. Bu nişanın kökü 2023-cü ilin sentyabrına gedib çıxır. Azərbaycanın antiterror tədbirlərindən sonra, Ermənistan siyasi rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə qarşı müdaxilənin artıq mümkün olmadığını qəbul etdi. Bundan sonra Paşinyan bu nişandan mütəmadi olaraq beynəlxalq tədbirlərdə, seçki kampaniyalarında, hətta metroda vətəndaşlarla ünsiyyətdə istifadə edir.

Paşinyanın xəritəsi "Real Ermənistan" konsepsiyasına əsaslanır. Beynəlxalq miqyasda tanınan, faktiki sərhədlər daxilindəki Ermənistan bu xərtidə əks olunur. Bu, Ermənistanda uzun illər hökm sürən "Böyük Ermənistan" (Qərbi Ermənistan, Ararat, dənizdən-dənizə) irredentist konsepsiyasından kəskin fərqlənir.

Bir neçə gün öncə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Əliyevlə görüşdə də bu detal müşahidə olunub. Mesaj həm daxili, həm xarici auditoriyaya eyni vaxtda ünvanlanır.

Paşinyanın sinəsinə taxdığı bu nişan sarı rəngdədir. Nişanın rənginin rəsmi, təsdiqlənmiş simvolik izahı yoxdur. Çox güman sadə broş materialının rəngidir, spekulyasiya etmirəm anlamını verir.

Paşinyan bununla demək istəyir ki, revanşist əhval-ruhiyyəyə qarşı (metro epizodu "Biz Artsaxdanıq" cavabı) xarici mesaj odur ki, Azərbaycana və Türkiyəyə ərazi iddialarından imtina edib,

Azərbaycan simvolik addımları müsbət qeyd etsə də, etibarı yalnız real hüquqi addımlarla (delimitasiya, Konstitusiyadan iddianın çıxarılması) ölçür.

Analitiklər hesab edirlər ki, Paşinyanın xəritə nişanı irredentist xəyaldan real sərhədlər daxilində sülhə keçidin simvoludur. Simvollar yalnız real addımlarla təsdiqləndikdə mənasını qoruyur. Paşinyan xəritəsinin sülhə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək.

Elnur ƏMİROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!