Ermənistan Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığı ilə bağlı dövlət rüsumlarının məbləğinin artırılmasını təklif edib.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
İctimai müzakirəyə çıxarılan layihəyə əsasən, Ermənistan vətəndaşlığının alınması üçün dövlət rüsumunun hazırkı 50 min dramdan 250 min drama qaldırılması nəzərdə tutulur.
Eyni zamanda, Ermənistan vətəndaşlığından çıxmaq üçün ödənilən dövlət rüsumunun da əhəmiyyətli dərəcədə artırılması təklif edilir. Hazırda 150 min dram olan bu məbləğin 1 milyon 500 min drama çatdırılması planlaşdırılır.
Beləliklə, layihə qəbul ediləcəyi təqdirdə Ermənistan vətəndaşlığını almaq üçün dövlət rüsumu 5 dəfə, vətəndaşlıqdan imtina etmək üçün ödəniş isə 10 dəfə artacaq.
Layihənin ictimai müzakirəyə təqdim edildiyi bildirilir.