ABŞ Prezidenti Donald Tramp İranla hazırda danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Foxnews” məlumat yayıb. Tramp bildirib ki, əvvəlki dövrlərdə Tehranla razılaşma əldə etməyə çalışıb, lakin sonradan mövqeyini dəyişib. Onun sözlərinə görə, diplomatik danışıqlar hazırda Vaşinqtonun əsas prioriteti deyil.
ABŞ və İran arasında qarşıdurmanın davam etdiyi bir vaxtda Tramp müharibənin noyabrda keçiriləcək ABŞ aralıq seçkilərindən dərhal sonra başa çata biləcəyini də bildirib. O, İranın seçkilərin nəticələrinə təsir göstərməyə çalışdığını iddia edib.
Münaqişənin uzanması Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xüsusilə Hörmüz boğazı ətrafında qarşılıqlı hücumlar nəticəsində enerji daşımalarında ciddi problemlər yaranıb və beynəlxalq neftin qiyməti yenidən 100 dollar həddini keçib.