Modern.az

Trampdan amerikalılara xəbərdarlıq: biz uduzsaq, cəhənnəm yaşayacaqsınız

Trampdan amerikalılara xəbərdarlıq: biz uduzsaq, cəhənnəm yaşayacaqsınız

Dünya

Bu gün, 09:36

ABŞ Prezidenti Donald Tramp bildirib ki, respublikaçılar Konqresə keçiriləcək aralıq seçkilərində məğlub olsalar, amerikalıları ağır günlər gözləyir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.

“Əgər biz uduzsaq, sərhədinizi itirəcəksiniz, vergi güzəştlərini itirəcəksiniz, təhlükəsizliyinizi itirəcəksiniz, rifahınızı itirəcəksiniz... Cəhənnəm yaşayacaqsınız – cəmi iki il əvvəl olduğu kimi. Biz cəhənnəm yaşadıq. Bütün dünya bizə gülürdü”, - deyə ABŞ lideri bildirib.

ABŞ-da Konqresə aralıq seçkilərin noyabr ayında keçirilməsi planlaşdırılır.

Analitiklərin proqnozlarına görə, respublikaçılar Nümayəndələr Palatasına nəzarəti demokratlara uduzmaq riski ilə üzləşirlər.

Ekspertlər palatada çoxluğun itirilməsi ehtimalını İranla bağlı hərbi kampaniya fonunda ABŞ administrasiyasının reytinqinin aşağı düşməsi və qiymətlərin artması ilə əlaqələndirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!