Modern.az

Paşinyandan сanlı yayımda üzr istəməsini tələb edir

Paşinyandan сanlı yayımda üzr istəməsini tələb edir

Dünya

10 Sentyabr 2026, 13:35

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Baş nazir Nikol Paşinyandan üzr istəməsini və 3 milyon dram ödəməsini tələb edib.

Modern.az xəbər verir ki, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan mayın 29-da Nikol Paşinyanın onun təhqiramiz hesab etdiyi ifadələri ilə bağlı baş nazirə qarşı məhkəməyə müraciət edib. Bu barədə Datalex sistemindəki məlumatlarda bildirilir.

Karapetyan 3 milyon dram təzminat və Paşinyanın ictimai şəkildə üzr istəməsini tələb edir.

İddia ərizəsinə əsasən, Paşinyan özünün rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı əvvəlcədən müəyyən edilmiş üzrxahlıq mətnini heç bir əlavə və şərh vermədən oxumalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları